top
Şerif kabusunun səbəbləri Sport24.az
19 iyul 2024, 13:20
- ↺ +

"Şerif kabusu"nun səbəbləri

CEYHUN ƏLİYEV

 

Ötən axşam "Zirə" Premyer Liqamızın 2-ci pilləsindən yararlanma limitini doldurdu. Sağ olsun UEFA, Avroliqada məğlibiyyət acısı yaşayanı Konfrans Liqasına göndərir. Səfərdə düzgün taktika seçib və nəticədə 1:0-lıq qələbə ilə dönən Rəşad Sadıqovun komandası evdə də analoji hesaba nail olmuşdu. Ancaq sonrakı hadisələr... hər şey məhv oldu. Salifu Sumanın "əliuzunluğu"nun bədəli elə qırmızı vərəqə idi. Sumanı "xalq düşməni" çıxaranlarla eyni gəmidə deyilik. 20 yaşlı gənci günahkar göstərməyin 2 adı ola bilər: 1) futbol savadının azlığı; 2) malalama. Biz dəfələrlə Azərbaycan klublarının azlıqda qalan rəqibin qapısına yol tapa bilmədiyinin şahidi olmuşam. Bu hallar yaşananda "azlıqda qalan komandaya qol vurmaq daha çətindi. Çünki, bütün komandayla müdafiəyə otururlar", - cavabını eşitmişik. Fikrimcə, bu sözlərdə həqiqət çalarları çoxdu. Dolayısı ilə Sumanın "günah keçisi" seçilməsi bütünlüklə absurddur. Elə hakimlərin günahlandırılması da heç bir obyektivliyə söykənməyən və yalnız bəhanə ola biləcək səbəbdir. Hər halda, Tiaqo Silvanın nə hoqqa çıxardığını görməmək kimi öhdəliyimiz yoxdu. Əlcək sahibinin buraxılan 2-ci qolda nataraz səhvi heç şübhəsiz ki, oyunun qırılma anı idi. Penalti seriyasına gəlincə, açığı, həmin vaxt "Zirə"nin qələbəsinə inamım 1 faiz də təşkil etmirdi. Məsələ "Zirə"də deyil, Azərbaycan təmsilçilərinin avrokuboklarda penalti seriyasında "sabitliyində"di. Dünənədək 9 dəfə seriyada uduzan təmsilçilərimizin yubiley məğölubiyyətini "Zirə" rəsmiləşdirdi. Və heç kəs də mənə "penalti seriyası lotereyadı" deməsin. Çünki bu lotereyada şanslar bərabər olursa, heç olmasa 30-40 faiz halda bəxt bizim klubların da üzünə gülərdi. Ancaq hər dəfə uduzuruqsa, deməli, başqa faktor var. Bu da psixoloji hazırlıqdı ki, oyunçularımız gərginliyə tab gətirə bilmir.

 

Və sonda. "Zirə"nin məğlubiyyəti acıdır. Hər halda, sona 45 dəqiqə qalmış 2 top öndə olan tərəf qələbə qazanmağa daha yaxın idi. Ancaq qlobal yanaşsaq, "Zirə" irəliyə bir addım atdı. Ötən mövsüm nə futbol, ​​nə nəticə göstərən komanda indiki halda ölkəmizin  əmsalına 0.250 xal əlavə etdi. Rəşad Sadıqov üçün də bu bir ibrət oldu. Təcrübə məhz belə oyunlarda qazanılır. Məsələn, Salifu Sumanın yaşını nəzərə alan rəqib komandanın baş məşqçisi böyük ehtimalla, yetirmələrinə onu təxribata sürükləmək tapşırığı verib. Ancaq ilk oyunun ssenarisinin təkrarlanmamasının obyektiv səbəbi də var. İlk 60 dəqiqədə rəqibi yorub, daha sonra "1-ci nömrə" ilə oynamaq variantı Sumanın qırmızısından sonra qeyri-mümkün idi. Deməli, Sadıqov bu təcrübəni də qazandı ki, oyunda fors-majorlara da hazır olmalısan. Ancaq "Şerif"i yerdən-yerə çırpmaq ki, zəif komandadı... əsla belə deyil. Sadəcə, hər bir komanda rəqibi imkan verdiyi qədər oynaya bilir."Zirə"yə gəlincə isə, qəsəbə təmsilçisinə Konfrans Liqasında azarkeşlik etməkdən başqa variantımız qalmadı...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:09

Günah özümüzdədir: Mərakeş deyilik – KÖŞƏ

Digər
Bu gün, 18:00

Endrik: “Milli komandada oynamaq ən böyük sevincimdir”

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Oxşar xəbərlər