"Səbail"in məşqçilər korpusundan Şahin Diniyevlə birgə ayrılanlar sırasında təcrübəli mütəxəssis Azər Məmmədov da var.
İdman.biz xəbər verir ki, Football-plus.az onunla əlaqə saxlayaraq hazırda nə işlə məşğul olduğunu və "dənizçilər"də çalışdığı dövrdə komandanın çıxışıyla bağlı diqqətiçəkən problemlərlə bağlı məlumat almağa çalışıb.
Axı, Bayıl təmsilçisi çempionatın baxımlı oyun göstərən azsaylı komandalarından olsa da, nəticələri ürəkaçan deyil.
Azər bəy hələ hansısa təklif almadığını və istirahət etdiyini deyib. O, "Səbail"lə bağlı problemlərin geridə qaldığını və bu mövzuda danışmaq istəmədiyini bildirdi. Maraqlıdır ki, Şahin Diniyev də komandayla bağlı eyni ifadələri səsləndirib...
Qeyd edək ki, "dənizçilər"i Misli Premyer Liqasının 13-cü tur matçında meydana Elvin Məmmədov çıxarıb. Komanda gənc mütəxəssisin rəhbərliyi altında keçirdiyi ev oyununda "Turan Tovuz"la heç-heçə edib - 1:1.
İdman.biz