"Səbail" daha bir futbolçunu "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bunu paytaxt klubunun mətbuat xidməti açıqlayıb.
"Dənizçilər" Dmitri Litvinlə müqavilə imzalayıb. Kiyev "Dinamo"sunun yetirməsinin son klubu Portuqaliya "Lusitaniya"sı olub.
28 yaşlı müdafiəçi karyerası ərzində Ukraynada "Metallist", "Zarya", "Olimpik", Portuqaliyada "Aveş", "Fefe", "Real" (Keluş), Rusiyada "Akron", "OİK Xabarovsk", Farer adalarında "Klaksvik"in formasını geyinib.
Qeyd edək ki, Litvin Ukraynanın U-21 millisinin də şərəfini qoruyub.