Yeni mövsümün hazırlıqlarını Ərzurumda davam etdirən "Səbail" növbəti transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Ayman Buali ilə müqaviləyə imza atıb.
Mərkəz hücumçusunun son klubu Türkiyənin "Ümraniyespor" kollektivi olub. Artıq sabah 25 yaşlı forvard "Səbail"in düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Səbail" daha öncə Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov və şimali makedoniyalı Amir Bilalini transfer edib.