Əvəzedicilər Liqasında çıxış edən Gəncənin "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb. Sport24.az xəbər verir ki, buna mütəxəssisin ölkə çempionatının XII turunda qarşılaşdıqları "Səbail-2" ilə görüşdə hakimi təhqir etməsi səbəb olub.
Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.