top
Şanslar yarı-yarıyadır - Millimizin baş məşqçisi Sport24.az
20 fevral 2025, 18:34
- ↺ +

"Şanslar yarı-yarıyadır" - Millimizin baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Monteneqro yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

O, hər iki komandanın bərabər gücə malik olduğunu düşünür: "Fevralın 15-dən toplanış keçirik. Monteneqro ilə görüşə maksimum gücümüzlə hazırlaşırıq. Rəqibi çox yaxşı tanıyırıq. Əvvəlki seçmə mərhələlərdə onlarla bir neçə dəfə qarşılaşmışıq. Millətlər Liqası çərçivəsində üz-üzə gəldiyimiz son iki matçda Monteneqo üzərində qələbə qazanmışdıq. Ancaq bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq. Çünki rəqib futbolçularının həm fərdi, həm də kollektiv keyfiyyətləri yüksəkdir. Bərabər gücə malik komandalar üz-üzə gələcək. Bu səbəbdən hesab edirəm ki, şanslar yarı-yarıyadır. Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək".

 

Baş məşqçi heyətdə bəzi itkilərin olduğunu sözlərinə əlavə edib: "Təəssüf ki, itkilərimiz var. Aytac Şərifova klubunda zədələndiyi, Peritan Bozdağ isə Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün dəvət edilməyib. Buna baxmayaraq, inanıram ki, heyətə cəlb olunan digər oyunçular bu boşluğu hiss etdirməyəcəklər".

 

Siyasət Əsgərov ötən il Avropa çempionatının seçmə mərhələsində B Liqasında mübarizə aparmağın komandaya böyük təcrübə qazandırdığını söyləyib: "Hər oyun bizə böyük təcrübə qazandırır. Bundan əvvəl B Liqasında çıxış etməyimiz komandamızın inkişafına təkan verdi. Çox güclü rəqiblərlə qarşılaşmışdıq. Məsələn, İsveçrə uzun müddət idi A Liqasında çıxış edirdi, yenidən ora qayıtdı. Macarıstan isə A Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirdi. Yəni A Liqası səviyyəsində olan komandalarla qarşılaşmışdıq. Bu da bizə çox şey verdi".

 

Qeyd edək ki, fevralın 21-də "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər