top
Şamaxının naşı rəhbərliyi... Sport24.az
02 avqust 2024, 12:45
- ↺ +

"Şamaxı"nın naşı rəhbərliyi...

CEYHUN ƏLİYEV



"Şamaxı" rəhbərliyindəki dəyişiklikdən cəmi 2 il keçsə də, klub Premyer Liqada da oynamağa macal tapıb, I Liqada da. Yeni mövsümün startına saatlar qalmış bölgə təmsilçisinin ilk turda "Sabah"a qarşı oyununun yerinin dəyişdirilməsinə razı olması xəbəri yayıldı. "Şirlər" son mövsümün bürünc mükafatçısını evdə qəbul etməli olsalar da, "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması üçün qarşılaşmanın paytaxtda baş tutmasına razılıq veriblər.


İlk baxışdan olduqca nəcib addımdır. Hətta deyərdik ki, hər bir Azərbaycan klubunun mənəvi borcudur ki, qitəmiqyaslı yarışlarda istənilən klubumuza dəstək olsun.


Alqışlayaq?


Azacıq səbirli olun.


2022-2023 mövsümün açılış turunda "Şamaxı" "Neftçi"ni qəbul etməli idi. Həmin ərəfədə "ağ-qaralar" Konfrans Liqasının cavab oyunu çərçivəsində qarşılaşacaqları Vyana "Rapid"i ilə səfərə hazırlaşırdı. Avqustun 7-də baş tutmalı oyunun yerini dəyişdirmək üçün "Şamaxı"ya müraciət edən "Nefrçi" "yox" cavabı aldı.


Həmin vaxt da "Şamaxı"nın rəhbəri Elçin Usub idi, indi də. Eyni adamın 2 il kəsiyində eyni vəziyyətdə iki fərqli qərar verməsinin adı nədi?


Məgər "Neftçi" düşmən ölkəni təmsil edirdi? Hansı mənəvi əsasla 2 il əvvəl "ağ-qaralar"ın müraciətinə "yox" dediniz, cənab idarə heyətinin sədri? Bəli, peşəkar klubun şəxsi maraqlarını öndə tutmaq kimi hüququ heç kəs ləğv etməyib. Bəs elədirsə, cəmi 2 il sonra niyə fərqli qərar verdiniz, cənab Usub?


Verdiyiniz təzadlı 2 qərarın adını istəyirsiniz özünüz deyin, istəyirsiniz ətrafınızda topladığınız funksionerlərdən soruşun. Yanılmıramsa, İdarə Heyətinizdə hərşeyşünas Orxan Fikrətoğlu da yer alıb. Gözəl bəlağət istedadı olan Fikrətoğludan da soruşa bilərsiniz verdiyiniz bu iki qərarın adını.


Çalışın peşəkar olun. Anlayıram, təsadüfi adamların İdarə Heyətinin rəhbər postunda peşəkarlaşması ağır məsələdi. Nə deyim, Orxan Fikrətoğlu köməyiniz olsun...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

Uotdord klubu Edvard İordanesku ilə baş məşqçi təyin olunması üçün danışıqlara başlayıb

Digər
Bu gün, 10:23

Azərbaycan İdman Akademiyası dünyada ilk 5 ulduzlu idman profilli ali təhsil müəssisəsi oldu

Futbol
Bu gün, 10:20

Genk klubunun baş məşqçisi Jess Torupu istifaya göndərildi

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”da yeni ayrılıq? Braziliyalı yarımmüdafiəçi Pedro Bikalyoya həm Braziliyanın, həm də Macarıstanın klubları maraq göstərir!

Futbol
Bu gün, 09:54

FIFPro 2026 Dünya Ulduzlar Komandası Açıqlanıb: Messi 18-ci dəfə seçildi

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Oxşar xəbərlər