"Şamaxı" Misli Premyer Liqasının XIV turu çərçivəsində səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub. Oyundan sonra "Şamaxı"nın kapitanı Adil Nağıyev Sport24.az-a açıqlamasında komandasının enişdə olmasından danışıb:
"Sumqayıt"la oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Rəqibimiz doğma meydanlarında uğurlu çıxış edir. Fürsətlərimiz oldu, qalib gələ bilərdik. Ədalətli nəticə heç-heçə olardı. Futbolda belə məğlubiyyətlər olur. Digər komandalar kimi böyük imkanımız yoxdur. Premyer Liqada qalmaq üçün mübarizə aparırıq. Çətinliklərimiz olur, çalışırıq öhdəsindən gələk".
Təcrübəli futbolçu növbəti turda qarşılaşacaqları "Kəpəz"lə oyundan gözləntilərinin açıqlayıb:
"Kəpəz"lə oyun çox vacibdir. Öz meydanımızda qazanacağımız 3 xal bizi irəli apara bilər. Çalışacayıq ki, sərfəli nəticə qazanaq".