top
Şamaxının hücumçusu: Sevinməməyim Turan Tovuza olan hörmətimdən irəli gəlir Sport24.az
30 sentyabr 2024, 11:30
- ↺ +

"Şamaxı"nın hücumçusu: "Sevinməməyim "Turan Tovuz"a olan hörmətimdən irəli gəlir"

"Şamaxı"nın hücumçusu Belajdi Pusi Sport24.az saytına müsahibə verib.

 

- Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz"a qarşı keçirilən oyun 2:2 hesabı ilə yekunlaşdı. Dramatik sonluqla başa çatan matçı necə şərh edərdin?
- İlk hissədə oyun bizim üçün çətin alındı. Çünki "Turan Tovuz" aqressiv oynyıradı. Lakin ikinci hissədə daha yaxşı etdik. Qələbə qazanmağa çalışdıq. Buna çox yaxın idik. Təəssüf ki, sonda qələbəni əldən verdik. Ümumilikdə yaxşı oyun keçirdiyimizi düşünürəm.

 

- "Şamaxı" bu matçda 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Oyunun gedişatına uyğun 2 xal itirdiyimizi düşünürəm. Çünki sonda qələbəni əldən verdik. Amma onu da unutmamalıyıq ki, "Turan Tovuz" yaxşı komandadır.

 

- "Turan Tovuz"un keçmiş klubu olduğunu nəzərə alsaq, bu matça xüsusi motivasiya ilə çıxdığını düşünmək mümkündür?
- "Turan Tovuz"a böyük hörmətim var. Orada 2 gözəl il keçirmişəm. Lakin hazırda "Şamaxı"nın uğurları üçün çalışıram. Digər oyunlara necə motivasiya olmuşdumsa, bu matça da o cür köklənmişdim. Xüsusi bir şey yox idi.

 

- Və qol vurmaqla özünüzü sübut etdin...
- Hücumçu üçün qol vurmaq normaldır. Vacib olan yaxşı oynamaq, komandama kömək etməkdir.

 

- Qol vurduqdan sonra sevinməməyinin səbəbi nə idi?
- Vurduğum qola sevinməməyim "Turan Tovuz"a olan hörmətimdən irəli gəlir. Bu klubun futbolçularına, rəhbərliyinə, azarkeşlərinə böyük hörmətim var.

 

- Növbəti turda "Səbail"lə qarşılaşacaqsız. Həmin matçdan gözləntiləriniz nədir?
- İlk növbədə bərpa prosesi keçməli, daha sonra yaxşı çalışmalıyıq. Hər matça olduğu kimi, qarşıdakı görüşə də qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.

 

- 7 turdan sonra 12 xalınız var. Halbuki yeni yığılan komandadan çoxları bu nəticəni gözləmirdi. İlk dövrəni "Şamaxı"nın aktivinə yazmaq olar?
- Deməzdim ki, bu nəticə mənim üçün sürpriz oldu. Hələ bu kollektivə qoşularkən inamlı çıxış edəcəyimizə inanırdım. Çünki yaxşı komandamız, yaxşı baş məşqçimiz var. Digərləri üçün bəlkə də sürprizdir. Amma mənim üçün bu, gözlənilən idi. Uğurlu çıxışımızı bundan sonra da davam etdirəcəyimizə inanıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər