Misli Premyer Liqasının XXIV turunun oyunlarını stadionlardan izləyən azarkeşlər müəyyənləşib. Sport24.az xəbər verir ki, 5 qarşılaşmada ümumilikdə 1470 fanat tribunada əyləşib.
"Neftçi" - "Sumqayıt" (1:0) matçında 200, "Araz-Naxçıvan" - "Səbail" (0:0) görüşündə 70, "Qarabağ" - "Sabah" (1:1) oyununda 500, "Şamaxı" - "Turan Tovuz" qarşılaşmasında (0:1) 600, "Zirə" - "Kəpəz" (2:0) matçında 100 tərəfdar qeydə alınıb.
Qeyd edək ki, Premyer Liqada XXV tura martın 3-də start veriləcək.