"Şamaxı" klubu baş məşqçi Ayxan Abbasovdan sonra məşqçilər heyəti ilə də yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayb.
Məşqçilər - Elnur Çodarov, Kamil Qafarov, Vüsal Qarayev və Xəyal Qarayev növbəti mövsümün sonuna qədər "Şamaxı"da çalışacaq.