UEFA Gənclər Liqasında çıxış edəcək "Sabah"ın rəqibi bəlli olub. Sport24.az xəbər verir ki, püşkün nəticəsinə görə, mübarizəyə 2-ci mərhələdən başlayacaq təmsilçimiz İsveçrə təmsilçisi "Bazel" ilə üz-üzə gələcək.
İlk oyun oktyabrın 23-də İsveçrədə, cavab matçı isə noyabrın 6-da evdə baş tutacaq.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Braqa" (Portuqaliya) – "Rapid" (Avstriya) duelinin qalibi ilə qarşılaşacaq.