top
Sabahın kapitanı: Heç birimiz bu vəziyyətdən məmnun deyilik İdman.biz
26 noyabr 2024, 20:17
- ↺ +

"Sabah"ın kapitanı: "Heç birimiz bu vəziyyətdən məmnun deyilik"

"Sabah"ın kapitanı Elvin Camalov Sportal.az saytına açıqlama verib.

İdman.biz xəbər verir ki, o, komandasının Misli Premyer Liqasının 14-cü turunun "Turan Tovuz"la (1:1) görüşü haqda danışıb:

"Tovuz səfərimiz həmişə çətin keçir. Bu dəfə də istisna olmadı. Komanda olaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Hamı bu oyunda qalib gələrək son matçlarda olan qələbəsizlik seriyasına son qoymaq istəyirdi. İlk hissədə fürsətlərimiz var idi. Fasilədən sonra qol buraxdıq. İşimiz daha da çətinləşdi. Buna baxmayaraq, hesabı bərabərləşdirə bildik. Qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. "Turan Tovuz" bu mövsümdə avrokuboklara iddialı olan klublardandır. Onlara qarşı oyunumuzun çətin keçməsi də normaldır. "Turan Tovuz" liqada istənilən komanda üçün çətin rəqibdir. Komandaya inam olması müsbətdir. Nəzərə alaq ki, bu inamı da komanda əvvəlki mövsümlərdi nəticələri ilə qazanıb. İndi 5-ci pillədəyik. Bu pillənin komandanın potensialı ilə uyğun gəlmədiyi ilə razıyam. Heç birimiz bu vəziyyətdən məmnun deyilik. Vəziyyəti düzəltmək üçün vaxtımız da var. Ümid edirəm ki, tezliklə vəziyyəti düzəldərik".

Camalov Misli Premyer Liqasının 15-ci turunda qarşılaşacaqları "Səbail"lə görüşdən gözləntilərini də bildirib: "İstənilən rəqiblə oyun asan olmur. Hər bir komanda qələbə qazanmaq istəyir və bunun üçün var qüvvəsi ilə mübarizə aparır. "Səbail"də yeni baş məşqçi dəyişikliyinin olması motivasiya baxımından onlara özünəinam qazandıra bilər. Biz də meydana qələbə qazanmaq üçün çıxacağıq. İnanıram ki, buna da nail olacağıq. Hamımız avrokuboklara yollanmaq üçün çalışırıq. Fikrimcə, avrokubok uğrunda sona qədər çox komanda mübarizə aparacaq. Biz də əlimizdən gələni edəcəyik ki, hədəflərimizə çataq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Oxşar xəbərlər