"Sabah" Konfrans Liqasında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "bayquşlar" III təsnifat mərhələsinin ilk matçına çıxacaq.
Krunoslav Renduliçin yetirmələri İrlandiyada "Sent Patriks"in qonağı olacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 15-də Bakıda olacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
22:45. "Sent Patriks" (İrlandiya) – "Sabah"
Hakimlər: Vilhjalmur Thorarinsson, Gilfi Mar Siqurdson, Birkir Siqurdarson, Helqi Mikael Conasson ( Hamısı İslandiya)
Dublin. "Tallayt Stadium"