Premyer Liqanın I turu çərçivəsində keçiriləcək "Sabah" – "Şamaxı" oyununun biletləri artıq satışdadır. Sport24.az xəbər verir ki, "bayquşlar"ı mövsümün ilk oyununda stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən "iticket.az" saytından, sabah isə "Bank Respublika Arena"nın kassasından əldə edə bilərlər.
Qeyd edək ki, "Sabah" – "Şamaxı" matçı sabah saat 17:30-da, "Bank Respublika Arena"da keçiriləcək.