Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella postundan ayrıla bilər. Sport24.az İtaliya mediasına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin xidmətində "Roma" maraqlıdı.
Türkiyə Futbol Federasiyası (TFF) ilə 2026-cı ilə qədər anlaşan Montellanın müqaviləsində sərbəst qalma maddəsinin olduğu və paytaxt təmsilçisinin bu maddədən yararlanmaq istədiyi bildirilir. Müqaviləyə əsasən, mütəxəssisin razılığı olduğu təqdirdə, 6 aylıq maaşının TFF-yə ödəyərək onun sərbəst buraxılması mümkündür.
Qeyd edək ki, "Roma" 2 gün öncə baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.