"Real"ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının yeni formatını tənqid edib.
İdman.biz xəbər verir ki, o, yeni turniri ədalətsiz adlandırıb.
Madrid klubunun prezidenti yeniliyin problemləri həll etmədiyini bildirib: "Çempionlar Liqasının yeni formatı problemləri həll etməyub. Bu ədalətsiz sistemdir. UEFA oyun sayını artırıb, amma onların dəyəri əvvəlkindən çox aşağı düşüb".
Qeyd edək ki, turnirin 2024/2025 mövsümündə 36 komanda Liqa mərhələsində yarışır. Mübarizə 8 turdan ibarətdir.
İdman.biz