"Real"ın sabiq hücumçusu Raul milli komandaya rəhbərlik etmək imkanı qazanıb. 47 yaşlı mütəxəssis Ermənistan yığmasını çalışdırmağa namizədlər arasındadı. Sport24.az "Fast News"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan danışıb:
"Biz iki variantı nəzərdən keçiririk: növbəti iki oyunda komandaya rəhbərlik edəcək mütəxəssis və gələn ildən işə başlayacaq baş məşqçi. Namizədlər arasında çoxlu mütəxəssis var, o cümlədən də Raul".
Qeyd edək ki, Madrid klubunun əfsanəsi hazırda "Real"ın gənclər komandasını çalışdırır.