"Real" növbəti mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Sport24.az "Relevo"ya istinadən xəbər verir ki, "Kral klubu" yeni Modriç axtarışına çıxıb.
Yuni Kalafatın rəhbərlik etdiyi skautinq şöbəsi sentyabrda 40 yaşı olacaq xorvatiyalını əvəzləyə biləcək futbolçu üçün gücünü səfərbər edib.
Qeyd edək ki, xorvatiyalı futbolçu 2012-ci ildən Madrid klubunun formasını geyinir. O, bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə ümumilikdə 44 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.