"Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes məşqlərə başlayıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 ysşlı futbolçu dünən "şəhərliliər"in bazasında ilk fərdi məşqini keçib.
Rodri mövsümün əvvəlində dizinin çarpaz bağından zədə alaraq meydandan kənar qalıb. O, bu mövsüm cəmi 3 matçda meydana çıxıb.
Qeyd edək ki, ispan futbolçu ötən il "France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top"un qalibi olub.