"Qəbələ" tarixində 700-cü matçına çıxacaq. Sport24.az xəbər verir ki, Azərbaycan I Liqasının III turunda sabah Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Mingəçevir" matçı meydan sahibləri üçün əlamətdar olacaq.
İndiyədək 699 oyun keçirən "Qəbələ" Premyer Liqada 540, Azərbaycan Kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb. "Qəbələ" bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran bölgə təmsilçisi 794 top buraxıb.