Misli Premyer liqasının 28-ci turuna Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Şamaxı"nı qəbul edir.
Meydan sahibləri meydandan 3 xalla ayrılacağı təqdirdə 3-cü pillədə qərarlaşan "Araz-Naxçıvan"la xal fərqini 7-yə çatdıracaq, ancaq turnir cədvəlində mövqeyi dəyişməyəcək. Qonaqlar səfərdən əlidolu dönəcəyi təqdirdə isə "Sumqayıt"ı keçərək 7-ci pilləyə yüksələ bilər.
Qeyd edək ki, bu komandalar arasında cari mövsümdə baş tutan əvvəlki üç oyundan ikisində "qartallar", birində isə "şirlər qalib gəlib.
Misli Premyer Liqası
IV dövrə, XXVIII tur
18:00. "Zirə" - "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə. İdman Kompleksinin stadionu.