Azərbaycan Premyer Liqasının 10-cu turunda "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, oyundan əvvəl "Kəpəz"in baş məşqçisi Azər Bağırov Sport24.az saytına açıqlama verib.
O, bildirib ki, komandasının heyətində bir zədəli futbolçusu var:
"Elmir Tağıyevin zədəsi var. Digər futbolçuların hamısı sağlamdı. Oyuna ciddi hazırlaşırıq. Azarkeşlərimizin önündə baxımlı futbol göstərməyə çalışacayıq. Gəncə və Tovuzdan fanatlarımız bizi dəstəkləməyə gələcəklər. Rəqibimiz "Qarabağ"a Avropa Liqasında "Ayaks"la oyunda uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" – "Kəpəz" oyunu sabah saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.