"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bodö/Qlimt"in Norveç çempionatında "Kristiansund"a 4:0 hesabı ilə qalib gəldiyi matçda cinah oyunçusu Yens Petter Hauge iki qol vurub.
İdman.biz xəbər verir ki, 24 yaşlı futbolçu ardıcıl ikinci oyundur dubl edir.
Belə ki, o, ötən həftə Avropa Liqasında "Portu"ya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da iki dəfə fərqlənmişdi.
Əvvəllər "Milan" və "Ayntraxt Frankfurt" kimi klubların şərəfini qorumuş Hauge 2024-cü ildən icarə əsasında "Bodö/Qlimt"də çıxış edir. Onun komandası "Qarabağ"ı noyabrın 7-də Norveçdə qəbul edəcək.
İdman.biz