"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Ayaks" azarkeşləri Amsterdamda polis mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər.
İdman.biz xəbər verir ki, aksiya dağıntılarla yadda qalıb.
"NL Times"in məlumatına görə, klubun fanatları polislərin tətil etməsindən narazıdırlar. Son iki turda "Ayaks"ın təhlükəsizlik tədbirləri səbəbindən "Feyenord" və "Utrext"lə oyunlarının təxirə salınması azarkeşləri bu addımı atmağa vadar edib. Onlar bir neçə polis maşınını və mərkəzinə zərər vurublar. Hadisə zamanı 8 nəfər saxlanılıb.
Qeyd edək ki, Amsterdamda polis işçilərini vaxtından əvvəl layiqli təqaüd proqramı tələb edirlər.
İdman.biz