Rumıniya çempionatında XXI tura yekun vurulub. Sport24.az xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan FCSB səfərdə "Poli İaşi" ilə üz-üzə gəlib.
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində FCSB xallarının sayını 37-yə çatdırıb. Buxarest təmsilçisi hazırda "Universitatya Kluj"la birgə turnir cədvəlində 1-2-ci yerləri bölüşdürür.
Qeyd edək ki, FCSB "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.