"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən biri olan "Olimpiakos" heyətini braziliyalı futbolçu ilə gücləndirib. Sport24.az Yunanıstan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, vaxtilə Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların şərəfini qoruyan Villian "qırmızı-ağlar"ın formasını geyinəcək.
Brazilya yığmasının 36 yaşlı sabiq yarımmüdafiəçisi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq.