Avrokuboklarda həftənin oyunlarından son klubların UEFA reytinqi yenilənib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın mövqeyi dəyişməz qalıb.
Ağdam təmsilçisi 32.000 əmsalla 66-cı pillədə qərarlaşıb. "Neftçi" altı mövqe itirərək 187-ci sıraya düşüb.
4000 əmsala malik "Zirə" 310, "Sabah" 311, "Sumqayıt" isə 315-ci yerdə göstərilib. "Qəbələ" 3000 əmsalla 329-cu, "Şamaxı" (əvvəlki "Keşlə") 2500 əmsalla 330-cudur.
Qeyd edək ki, reytinq komandaların son beş mövsümdəki nəticələrinə əsasən tərtib edilir.
"Zirə", "Sabah", "Sumqayıt" 4,000 əmsalla 310-315-ci bölüşürlər.