"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasının heyətində növbəti oyunu keçirib. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Afrika Millətlər kubokunun seçmə mərhələsində Ekvatorial Qvineya komandasına qarşı matçın iştirakçısı olub.
0:0 hesabı ilə yekunlaşan görüşdə Benzia 70-ci dəqiqədə Adem Zorganenin əvəzləyərək meydana daxil olub.
Qeyd edək ki, Əlcəzair xal itirsə də, öz qrupunda 13 xalla liderdi. Ekvatorial Qvineya 5 oyundan 8 xalla 2-ci, Liberiya 4 xalla 3-cü, Toqo 2 xalla sonuncu - 4-cü yeri tutur.