"Qarabağ"ın futbolçusu Yassin Benzia formasını geyindiyi Əlcəzair yığmasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində 4-cü turunda Toqoya qarşı oynayıb.
Benzia səfər qarşılaşmasında 63 dəqiqədə meydanda olub. Oyun "səhra tülküləıri"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu zəfərdən sonra Əlcəzair 12 xalla lider mövqeyində qərarlaşıb.