"Qarabağ"ın futbolçuları Norveçdə "Bodo Qlimt"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının IV tur matçından əvvəl təqdirəlayiq davranışla yadda qalıblar.
İdman.biz xəbər verir ki, qapıçı Mateuş Koxalski və müdafiəçi Abbas Hüseynov onlarla birgə meydana çıxan uşaqların üşüdüklərini nəzərdən qaçırmayıblar.
Onlar əyinlərindəki klub gödəkçələrini çıxararaq, uşaqların çiyinlərinə atıblar (Rekord.az).
İdman.biz