top
Qarabağın baş məşqçisi:Qarşımızda çox yaxşı məşqçi və kollektiv var idi Sport24.az
06 oktyabr 2024, 22:46
- ↺ +

"Qarabağ"ın baş məşqçisi:"Qarşımızda çox yaxşı məşqçi və kollektiv var idi"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Sport24.az xəbər verir ki, oyundan sonra qonaqların  baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Vacib qələbə idi. İstirahətqabağı önəmli oldu. Bu stadionda, şəhərdə oynamaq çox xoşdur. Azarkeşlərin qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. İki komandanın da fanatlarına təşəkkür edirəm. Yaxşı azarkeş dəstəyi var idi. "Sumqayıt"a uğurlar arzu edirəm. Komandamdan razı qaldım.

 

- Bəzi oyunçuları sınamaq imkanınız oldu. Yenilərlə bağlı fikirləriniz necədir?

- Kaşuk demək olar, bir ildən çox idi oynamırdı. Onunçün oynamaq asan deyildi. Musa Qurbanlı isə əməliyyatdan sonra optimal formasından uzaqdır. Onların bugünkü hazırlığından razı qaldım. Düzdür, dinamikanı saxlaya bilmirdilər. Amma çalışdılar, diqqətləri oyunda idi. Məncə, pis alınmadı. Vacib olan məşqdəki hazırlıqları idi. Daha yaxşı olacaqlar. 

 

- Fasilədən sonra sanki taktiki dəyişikliklər etdiniz. Dəyişiklikləri etməklə nə düşünürdünüz?

- Hücumdakı futbolçular tam hazır deyildilər deyə, əvəzlədim.

 

- "Sumqayıt" sizdən turnir cədvəlində daha aşağıdadır. Amma sanki qol vura bilmirdiniz...

- Real yanaşmaq lazımdır. Futbol o demək deyil ki, hansı komanda bizdən aşağıdadırsa, 4-5 qol vurmalıyıq. Bizdən güclü komandalara da qalib gəlmiş, zəif komandalara uduzmuşuq. Futbolda hər nəticə olur. "Sumqayıt"ın özünəxas xüsusiyyəti var. Kompakt futbol oynayır, kəsərli əks-hücumlar edirlər. Onların oyununu bəyəndim. Komandalar bir-birilərini nə qədər çox tanıyırsa, o qədər oynamaq çətinləşir. "Sumqayıt" ötən mövsüm də uğursuz seriyada idi, amma sonra dirçəlmiş, bizə qalib gəlmişdilər. İndiki məqamda mənimçün vacib olan futbolçuların meydandakı düşüncələri, dinamikasıdır. Elə oyunlar var ki, məğlub olsan da, məyus olmursan. İstəksiz, dinamikasız oyunlar narahat edir. Bu gün qələbə qazanmasaq da, uşaqlardan razı qalacaqdım. Mövsüm başlayandan tez-tez rotasiyalar edirik. Rəqibə hörmətlə yanaşırıq. Qarşımızda çox yaxşı məşqçi və kollektiv var idi.

 

- Çoxlu qol epizodları yaratsanız da, dəyərləndirə bilmirsiniz. Bu, şanssızlıqdır, yoxsa?

- Məncə, qollar gələcək. Biri var epizodu yarada bilməyəsən. Biri də var, epizodu yaradıb, qol vura bilməyəsən. Qol vurmamaq bəzən olur. Ola bilər, müəyyən müddət idman formasından uzaq qalır, daha yaxşı hazırlaşa bilmirlər. İnanır və güvənirəm ki, qollar gələcək. Əsas olan odur ki, istədiyimizi meydanda yerinə yetirsinlər. Rəqibi də nəzərə almaq lazımdır. Hər futbolçumuza ciddi yanaşırlar. Fərdi oyuna üstünlük verirlər. İnanıram ki, daha yaxşı nəticələr olacaq.

 

- "Ayaks"ı təhlil etməyə başlamısınız?

- Tam yox, amma qarşıdakı günlərdə başlayacağıq. 

 

- Avrokuboklarda son dörd oyunda məğlub olmusunuz. Oyuna köklənmək olacaq?

- İnşallah, olar. Məğlubiyyətimiz oyunumuza görə deyil. Belə olsa, narahatlığımız olardı. Bizə ciddi yanaşırlar. Bizimlə matçda öz oyun üslublarından çıxır, fərqli taktika ilə oynayırlar. Bu, bizi sevindirir. Bizə böyük kollektiv gözü ilə baxır, dəyər verirlər. Bu da işimizi daha ciddi görməyimizə gətirir. Bu cür hallar hazır olmalıyıq.

 

Nuh

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Oxşar xəbərlər