top
Qarabağ rəsmisindən acı etiraf: Akademiyanın olmaması işimizə zərbə vurur Sport24.az
25 avqust 2024, 12:00
- ↺ +

"Qarabağ" rəsmisindən acı etiraf: "Akademiyanın olmaması işimizə zərbə vurur"

Ötən mövsüm futbol ictimaiyyəti xoş müjdə aldı. Klub futbolumuzu çiyinlərində daşıyan "Qarabağ" uşaq futboluna da xüsusi diqqət ayıracağına dair müjdə verdi. Əvvəlcə, Aftandil Hacıyev, ardınca isə Nail Kərimov aparıcı postlara dəvət aldılar. Nəticələr də özünü çox gözlətmədi. Bir neçə yaş qrupunda çempionluq əldə edən kiçik "Qarabağ"lılar beynəlxalq arenada da uğurlu çıxışla seçildi. Artıq yeni mövsümün astanasındayıq. "Qarabağ"akademiyasının meneceri Nail Kərimov Sport24.az-a müsahibəsində həm ötən mövsümə nəzər saldı, həm yaxın perspektivlərdən danışdı, həm də akademiya üçün hələ də ərazinin yoxluğuna toxundu.

 

- Nail bəy, artıq 6 aydı ki, "Qarabağ"ın Akademiyasında çalışırsız. Bu müddət ərizində aşağı yaş qrupları üzrə seçmələrinizin çıxışlarını necə dəyərləndirərdiz?
- Hesab edirəm ki, yola saldığımız mövsüm Akademiyamız üçün ən uğurlu oldu. Üç seçməmiz ölkə çempionu oldu. Bir komandamız ancaq finalda uduzdu. Daha üç seçməmiz isə beynəlxalq yarışın qalibi oldu. Bu uğurlarımızın fonunda əsas pay sahibləri kimi əvvəlki mövsümlərdə Akademiyamıza rəhbırlik etmiş Tacəddin Doğan, sonra onu əvəz edən Aftandil Hacıyev, Murad Karaman və məşqçilər, oyunçular, valideyn əməkdaşlığını qeyd edərdim. Məşqlər üçün sərəncamımızda iki stadion var: "Sərhədçi" İdman Kompleksi və Tofiq Bəhramov adına Respublika Stadionundakı ehtiyat meydança. İlk adını açıqladığım futbol məkanında U-14 və digər yuxarı yaş qrupları üzrə komandalarımız məşq edir. Amma həmin stadionun qazonu və digər zəruri vasitələrin vəziyyəti əlverişli deyildi. Ona görə həmin məkanı 2-3 aylıq təmirə bağladıq. Bu müddət ərzində bir çox seşmələrimiz müxtəlif yerlərdə məşqlər etmək məcburiyyətində qalırdı. Amma bütün bu çətinliklərə rəğmən işimizin öhdəsindən gəldik və yuxarıdakı qeyd etdiyim nailiyyətləri qazandıq. Bu münasibətlə Akademiyamızın rəsmilərini, məşqçilərimizi, oyunçularımızı və valideynlərimizi bir daha təbrik edirəm.

 

- Müsbət məqamları sadaladız. Bəs hansısa mənfi notlar və çatışmazlıqlar da oldumu?
- Ötən mövsümdəki hədəfimiz növbəti mərhələyə qədəm qoymaq idi. Yəni Akademiyamızın fəaliyyətini maksimum müasir standartlara uyğunlaşdırmaq, baza, infrastrukturumuzu yüksək standartlara cavab verəcək səviyyəyə çatdırmaq və yetirmələrimizin futbol bacarıqlarını maksimum təkmilləşdirməkdən ibarət idi. "Sərhədçi"dəki futbol məkanımızdakı yenidənqurma işləri, Akademiyamızın koordinatoru Aftandil müəllim başda olmaqla bir çox əməkdaşlarımızın beynəlxalq tədbirlərdə, kurslarda iştirakı və seçmələrimizin müxtəlif xarici yarışlarda iştirakı bu qəbildəndi. Təbii ki, bu mövsüm qarşımıza daha böyük hədəflər və tapşırıqlar qoyulub. İlbəil dinamik inkişaf etməyi düşünürük.

 

- Yeni layihələriniz barədə də bir qədər geniş danışsaz…
- Layihə dediyimiz daha çox iş planımız və insan resurslarıyla bağlıdı. Kollektivimizin heyətini genişləndirdik. Yeni məşqçilər, əməkdaşlar cəlb etdik. Əsas da təcrübəli və gənc məşqçilərin vəhdətini təşkil etdik. Bundan başqa aşağı yaş qrupları üzrə komandalarımızın sayını da artırdıq. Yeni futbol ilindən U-7 seçməmiz də olacaq. Zərurət yaransa gələcəkdə U-6 komandasını da təşkil etməyi düşünürük. İstedadlı, perspektivli yeniyetmə oyunçularımızın daha da inkişaf etdirmək və Akademiyamızda qalması üçün işlər aparıldı. Maddi-texniki baza, inventarların alınması və ya yenilənməsi işləri, CPS trekinq sistemlərinin tətbiqi və digər bu kimi işlərimizin təkmilləşdirilməsi işlərini də görməkdəyik. Bundan başqa məşqçilərimizin UEFA kurslarında təhsil alması, beynəlxalq təcrübə proqramlarında iştirakıyla bağlı müxtəlif platformalarla əməkdaşlıq edirik. Video analizləri daha da yaxşı bacarmaq üçün də fəaliyyət diapazonumuzu genişləndiririk. Qısası, mütəxəssislərimizin yetişməsi üçün maksimum çalışırıq.

 

- Ancaq komandalarınızda yer alan uşaqların sağlamlığı da önəmlidi. Aydın məsələdir ki, süni örtüklü meydan zədə ehtimalını artırır. Bu sahədə hansı işlər görülür? Eyni zamanda, Akademiyanın daimi yerinin harda olacağı məsələsi hələ açıq qalır. Bu sahədə nə yenilik gözlənilir?
- Bu, klubumuzun daim gündəmində olan və müzakirə olunan mövzulardandı. Bizim hazırda daimi baza məkanımız olmasa da, bəxtimiz onda gətirib ki, sərəncamımızda yaxşı məşqçilər və oyunçular var. Təbii ki, yer məsələsi vacibdi. Amma bir də var ki, məkanımız var, amma peşəkar mütəxəssislərimiz və istedadlı uşaqlarımız yoxdu. Əlbəttə ki, Akademiyanın olmaması işimizə zərbə vurur, bizi bir çox məsələlərdə ləngidir. Bizi narahat edən əsas məsələlərdən biri də oyunçularımızın əsasən süni meydanlarda məşq etməsidi. Bu da təbii ki, uşaqlarımızda müxtəlif zədələr alma riskini artırır. Prezidentimiz Tahir bəy də tez bir zamanda Akademiyamızın olması üçün çalışır. Konkret hansı məkanda inşaata başlayacağımız bəlli deyil. Əvvəllər Binədə yer tapmışdıq. Sadəcə, havası və şəraiti əlverişli olmadığı üçün orada binamızı tikmək variantından imtina edildi. Baş ofisimiz Suraxanıda yerləşir və əlbəttə, orda bizə ərazi ayrılsa, daha yaxşı olar ki, klub tam şəkildə bir ərazidə məskunlaşsın. Amma yer məsələsi hələ də müəmmalı olaraq qalır. Buna rəğmən yaxın gələcəkdə Akademiya binamızın tikilməsiylə bağlı layihəyə başlanılacaq.

 

- Yeni mövsümdə seçmələrinizin neçə beynəlxalq turnirə qatılamsı nəzərdə tutulub və səfər ediləcək ölkələr müəyyənləşibmi?
- Qarşıdakı futbol ilində hər bir yaş qrupu üzrə komandamızın minimum bir turnirdə çıxış etməsində maraqlıyıq. Bu ərəfədə Qətərin "Aspayr" (Aspire) Akademiyası Qəbələdə təlim-məşq toplanışındadı. Adıçəkilən Akademiyayla U-13-dən tutmuş, U-19 seçmələrimizədək yoxlama oyunları razılaşdırılıb. Qarşılaşmalar avqustun 28-nə kimi baş tutacaq. 5-8 sentyabrda U-16 komandamız İtaliyanın Neapol şəhərindəki turnirdə iştirak edəcək. Həmçinin digər seçmələrimizin də iştirakıyla bağlı müxtəlif turnirlərlə bağlı danışıqlar aparırıq. Biz əsasən ən azı məskunlaşma və qida xərclərinin qarşılanacaq turnirlərə meyl göstəririk. Əgər arxada qoyduğumuz mövsüm Şərqi Avropa ölkələrindəki turnirlərə qatılmışdıqsa, indi daha çox Qərbi Avropa ölkələrinə səfərlər edib, ağır turnirlədə çıxış etmək istəyirik. Bir neçə gün öncə "Dinamo" Zaqrebin təşkilatçılığıyla keçiriləcək "Ramlyak Memorialı"nda U-19 komandamızın çıxışya bağlı danışıqlara stary vermişik. Artıq ilkin razılıq da əldə olunub. Beynəlxalq turnirlərdə iştirak aşağı yaş qrupları üzrə olduqca vacibdir ki, əsas komandalara yüksəldikdə uşaqlar ölkə xaricində meydana çıxanda rahat olsun.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Oxşar xəbərlər