Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, İlk oyun günündə iki görüş keçiriləcək ki, bununla da yarımfinalın iki iştirakçısı bəlli olacaq.
Əvvəlcə meydana kubokun son qalibi "Qarabağ" və "Səbail" çıxacaq. qəbul edəcək. Komandalar arasında keçirilən ilk görüş ağdamlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunu
16:00. "Qarabağ" - "Səbail"
(ilk oyun 1:0)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu