UEFA-nın klub reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişib. Sport24.az xəbər verir ki, bu, Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ"ın "Bodo Qlimt" üzərindəki qələbəsi (2:1) sayəsində mümkün olub. Qurban Qurbanovun "süvarilər"i ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.
Bununla da Azərbaycan bir pillə irəliləyərək 27-ci yerə yüksəlib. Hazırda onun 19,625 xalı var. Azərbaycandan bir pillə öndə - 26-cı yerdə olan Rumıniya 20,125, bir pillə geridə - 28-ci yerdə qərarlaşan Bolqarıstan isə 19,125 xala malikdir.
Qeyd edək ki, reytinqə əvvəlkitək İngiltərə (19,160) başçılıq edir.