"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan təmsilçisi "Ludoqorets" ilə səfərdə qarşılaşacaq.
İlk matçda Bakıda 1:2 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası yenilginin əvəzini rəqib meydanında çıxmağa çalışacaq.
"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ"
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti (hamısı İtaliya)
VAR: Gianluca Aureliano (İtaliya)
AVAR: Marco Serra (İtaliya)
Razqrad. "Ludoqorets Arena"
İlk oyun - 2:1