Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniya II Bundesliqasında çıxış edən "Kayzerslautern"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Qurban Qurbanov Almaniya klubu ilə oyunda ilk dəqiqələrdən bu futbolçulara forma geyinmək şansı verəcək:
Amin Ramazanov, Mateus Silva, Bədavi Hüseynov (k), Abbas Hüseynov, Elvin Cəfərquliyev, Patrik Andrade, Aleksey İsayev, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Musa Qurbanlı.
Yoxlama görüşü
14:30. "Qarabağ" - "Kayzerslautern"