"Qalatasaray" hücum xəttini dünya ulduzu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salahı heyətinə qatmağa çalışır. Bu barədə Türkiyə mətbuat məlumat yayıb.
"Qalatasaray"ın nümayəndələri artıq misirli vingerin meneceri ilə görüşüb. "Sarı-qırmızılar" 32 yaşlı ön xətt oyunçusuna illik 20 milyon avro maaş təklif edib. "Cim bom" bu maaşı sponsorların dəstəyi ilə ödəməyi planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Təcrübəli futbolçu Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 365 rəsmi matçda 220 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb.