"Tottenhem" Avropa Liqasının 4-cü turunun "Qalatasaray"la görüşünə ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, London klubunun hücumçusu Riçarlison Türkiyədəki matça çıxmayacaq.
Onun bud nahiyəsindən zədə olduğu üçün oynamayacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Tottenhem" görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.