Bu ilin iyununda "Qalatasaray"dan ayrılan Patrik van Anholtun yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək.
O, yüksək liqa təmsilçisi "Sparta" (Rotterdam) ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü 2021-2024-cü illərdə "Qalatasaray"da çıxış edib. O, İstanbul klubunda 62 oyunda 3 qol, 5 assistlə yadda qalıb.