"Qalatasaray"ın baş məşqçisi Okan Buruk daha bir rekorda imza ata bilər. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis Frank Raykaardın 2009/10 mövsümündə Super Liqanın başlanğıcındakı ilk altı oyunda altı qələbə seriyasını təkrar edib.
Okan Buruk bugünkü "Kasımpaşa" matçında qalib gələcəyi təqdirdə "Qalatasaray" klubunun tarixinə öz adını həkk edəcək.
Belə ki, o, ilk yeddi oyunda yeddi qələbə qazanmış olacaq. Bu isə "Qalatasaray" klubunun tarixində bir ilk olacaq.