"Qalatasaray" Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
İstanbul nəhəngi yeni transfer üçün 6 milyon avro xərcləyib.
Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın "Frayburq" klubunda çıxış edib.