"Qalatasaray" Barış Alper Yılmazı İngiltərə klubuna satmaqdan imtina edib.
İdman.biz xəbər verir ki, bu barədə onun meneceri müsahibəsində deyib.
Tuncay Maldan "Nottingem Forest"in türk futbolçuya 25 milyon avro təklif etdiyini bildirib. İngilislərin transfer pəncərəsinin son günündə transferi reallaşdırmağa çalışıblar. Amma "Qalatasaray" aparıcı oyunçusunu satmaq istəməyib.
Qeyd edək ki, Barış "sarı qırmızı" formada 114 oyunda 13 qol vurub, 14 ötürmə edib.
İdman.biz