top
Omoniyanın baş məşqçisi: İki oyuna baxıb təhlil etsək, biz inamlı qələbə qazandıq Sport24.az
29 avqust 2024, 22:29
- ↺ +

"Omoniya"nın baş məşqçisi: "İki oyuna baxıb təhlil etsək, biz inamlı qələbə qazandıq"

"Omoniya" Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Zirə"yə 0:1 hesabı ilə məğlub olsa da, turnirin əsas mərhələsinə yüksəlib. Sport24.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb:

 

- Öncə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Amma Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq, qrupa düşdük. Bunun öhdəsindən ilk oyunda gəldik. İlk yarıda rəqiblər bir-birinə oynamağa imkan vermədi. Meydançanın vəziyyəti də təsir etdi. Sönük oyun oldu. Bir həfətədə üç oyun oynadıq. Rotasiyalar haqda düşünməlisən. Çox fikirləşdik, bu da məğlubiyyətə səbəb oldu. Təsnifat mərhələlərində 5 qələbə qazandıq. Əvvəl desəydilər ki, 5 qələbə ilə qrupa düşəcəyik, inanmazdım. "Zirə" ilə oyunu unudub növbəti matçı düşünməliyik.

 

- İlk oyundakı 6:0 hesablı qələbədən sonra komandanı növbəti matça kökləmək çətin deyildi?

- Karyeramda ilk dəfə idi ki, 6:0 qalib gəlirəm. Komandanı növbəti oyuna kökləmək asan olmur. İşi tamamlamaq lazım idi. Çox da təhlil etmək istəmirəm. Epizodlarımız oldu, amma sonluğu gətirə bilmədik. Meydançanın vəziyyəti buna təsir etdi. Həyəcan da var idi. Əsas məqsəd KL-ın qrupuna düşmək idi. Bazar günü də oyunu udsaq, 10 gündə 4-cü matçımız olacaq. Fiziki və mental olaraq çətindir.

 

- Bugünkü oyun göstərdi ki, komandalar arasında fərq 6:0-lıq deyildi. İlk oyundakı hesabı nə ilə əlaqələndirirsiz?

- Bu oyunun üzərindən fikir yürütmək istəməzdim. Fikir yürüdəcəyiksə, iki oyuna görə baxmalıyıq. İlk oyundakı qələbəyə gəldikdə, oyunçularım yaxşı mübarizə apardılar. Oyun üçün seçilmiş plana riayət edib, icra etdilər. Azarkeşlər də xüsusi atmosfer yaratdı. Azarkeş olan mühitdə oynamaq daha çətindir. Çünki fanatlar öz komandasını irəliyə səsləyir, rəqibə isə çətinlik yaradır. Bu kimi faktorların cəmi həmin nəticəni ortaya çıxardı. İki oyuna baxıb təhlil etsək, biz inamlı qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha çox layiq idik.

 

- İlk oyun Bakıda keçirilsəydi, yenə də eyni mənzərə ortaya çıxardı?

- Mən Allah deyiləm. Ssenarilərdən danışmaq istəmirəm. Nəticə belə oldu, vəssalam. Başqa şey haqda danışmaq istəmirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Oxşar xəbərlər