Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda məşqlərə başlayıb. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin İdarə Heyətinin üzvü Joti Çatziaxlexiou açıqlamasında bildirib.
O, 27 yaşlı hücumçunun artıq məşqlərdən kənarlaşdırılmayacağını söyləyib: "Onunla bu məsələni özüm də müzakirə etdim. Təzyiq hiss etmirik".
İdarə Heyətinin üzvü Cənubi Koreyanın "Seul" klubunun onlara təkmilləşdirilmiş təklif göndərmədiyini deyib: "Bizimlə yenidən əlaqə saxlayacaqmı? Etməsələr, Mahir bizim üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq".