"Neftçi"nin sabiq futbolçusu Tofiq Abbasov 75 yaşında vəfat edib.
İdman.biz xəbər verir ki, ötən əsrin 70-ci illərində "ağ-qaralar"ın şərəfini qoruyan yarımmüdafiəçi yaşadığı Türkiyədə ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Abbasov həmçinin "Polad" (Sumqayıt), "Xəzər" (Lənkəran) komandalarında çıxış edib, sonra məşqçi kimi çalışıb.
İdman.biz