"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya klubunu dəyişib. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu Serbiya "Partizan"ından "Ferentsvaroş"a (Macarıstan) keçib.
25 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb. "Ferentsvaroş" Saldanya üçün 3 milyon avro ödəyib.
Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. O, "ağ-qaralar"da 20 oyunda 5 qol vurub. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.