Region Liqasının debütantı "Xankəndi" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Qarabağın əsas şəhərinin təmsilçisi "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan Murad Rəhimli ilə anlaşıb.
22 yaşlı yarımmüdafiəçi "kimyaçılar"ın 10-19 yaş arası bütün yaş qruplarında, o cümlədən əvəzedici heyətində də oynayıb.
Qeyd edək ki, Rəhimli "Neftçi"nin məşqçisi Seymur Rəhimovun oğludu.