"Neftçi" klubunun Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçuları üçün seminar təşkil olunub.
İdman.biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Neftçi Arena"da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edib.
O, "Neftçi"nin üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.
İdman.biz