top
Neftçinin dirçəliş marşı və ya Tələs, Zaur, tələs! Sport24.az
18 iyul 2024, 08:39
- ↺ +

"Neftçi"nin dirçəliş marşı və ya "Tələs, Zaur, tələs!"

Türkiyənin Ərzurum bölgəsində hazırlıqlarını davam etdirən "Neftçi" ötən gün ikinci yoxlama görüşünü keçirib. Roman Qriqorçukun baş məşqçi postuna təyinatından sonra da komanda eyni sayda matçda qüvvəsini sınayıb. "Ağ-qaralar"ın qardaş ölkənin Superliqa təmsilçilərinin hər ikisini məğlub etməsi heç şübhəsiz ki, son mövsümdə palçığa batan klubun həm idarəedicilərini, həm də fanat ordusunu sevindirir...


Nəticə olmayanda narazılıqlar da baş alıb gedir, köhnə umu-küsülər də yada düşür. Bax, "Neftçi"nin çölü bir yana, içi də od tutub yandığı bir vaxtda Ukraynadan gətirilən "təbib" öz dəst-xəttini ortaya qoymağa başlayıb. Ən azından görünən budu. Qazanılan ardıcıl 2 qələbə komandaya istər-istəməz ruh yüksəkliyi gətirib. Qələbə olanda emosional yüksəliş də yaşanır. İstər-istəməz köhnə incikliklər də arxa plana keçir. Hazırda "ağ-qara" düşərgədə yer alan futbolçuların hər birinin Qruqorçukun qurduğu "Qəbələ"dən xəbəri var. Kimisi bunun canlı şahidi olub, kimisi isə görən komanda yoldaşlarından eşidib. Bax, bu amil də futbolçuların baş məşqçiyə güvənini artırır.


Daha bir gözə görünməyən, amma olduqca vacib məqama toxunmaq istərdik. Söhbət Roman İosifoviçin köməkçilərindən biri - Sənan Qurbanovdan gedir. Yuxarıda söz açdığımız "Qəbələ"də Qriqorçukun köməkçisi olmuş 44 yaşlı çalışdırıcı sərt xasiyyəti ilə seçilən baş məşqçi ilə futbolçular arasında ən mükəmməl körpü rolunu oynayır. Çünki patronunun nə istədiyini Sənandan yaxşı bilən ola bilməz. Kiminləsə baş məşqçinin fikir ayrılığı yarandıqda isə məhz Qurbanov vəziyyəti düzəldə bilər.


Bununla yanaşı, daim "bizə futbol göstərin, qorxaq oyun yox" deyən "Neftçi" azarkeşləri də bir xeyli ümidlənib: həm Qriqorçuku arzulayanlar böyük əksəriyyət təşkil edir, həm də yoxlama görüşlərindəki qələbələr fanatları ümidləndirir.


Belə çıxır ki, hər şey yağ kimi gedir "Neftçi"də? Xeyr, cənablar, bu, əsla belə deyil! Qriqorçuk sehrbaz deyil ki, çubuğunu futbolçuya sürtsün və o, Zidan olsun. Ukraynalı çalışdırıcının əlinin altındakı oyunçuların keyfiyyətini müəyyən səviyyəyədək qaldırmaq mümkündür, ondan o tərəfi yoxdu ha! Komandanı gücləndirmək gərəkdir ki, bu yöndə yeganə görünən persona Ramil Şeydayevdi. Millimizin hücum xəttində yer alan Rusiya futbol məktəbinin yetirməsinin "Neftçi"ni gücləndirəcəyinə şübhə etmirik. Ancaq... mövsümün startına 2 həftə qalmış əcnəbi transferi hələ də həyata keçməyib. Artıq avqustun 3-də "Neftçi"ni çempionatın açılış turunda "Turan"la  ilk oyun gözləyir. "Bəxtiyar" filmində rəhmətlik Ağasadıq Gəraybəylinin yaratdığı Ağabala obrazının dili ilə desək: "Kim oxuyacaq, mən oxuyacam?". Kurban Berdıyevin drujinasına qarşı oyuna kim çıxacaq, Qruqorçuk yoxsa Sənan Qurbanov? Çempionatın startına 3 gün qalmış gətirilən legionerdən isə effekt gözləməyə dəyməz. Çünki təlim-məşq toplanışında iştirak etməyən yeni oyunçunun kollektivə isnişməsi üçün zaman gərəkdi. Bax, həmin zaman da nəticələrə birbaşa təsir göstərəcək.


Yazının son abzasında da kinematoqrafiyamıza müraciət edəcəm. Ancaq bu, ən son cümlədə baş tutacaq. Qruqorçukun köməkçilərindən birinin Sənan Qurbanov olduğunu qeyd etmişdim. Roman İosifoviçi lap yaxından tanıyanlardan biri də Zaur Əzizovdu. Axı, hazırda transfer məsələlərinə məsul şəxslərdən biri olan Əzizov da Qriqorçikla "Qəbələ" "qazanında qaynayıb". Deməli, o da gözəl anlayır ki, yubanma ölümə bərabərdi. "Təhminə və Zaur"dan sitatdan dəfələrlə istifadə olunsa da, bu yazının süjetinə ən uyğun gələn sonluq olduğunu düşünürəm: "Tələs, Zaur, tələs!"

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Oxşar xəbərlər